Ərini öldürdü və bu haqda kitab yazdı

Ərini öldürdü və bu haqda kitab yazdı

Hazırda oxunan: Ərini öldürdü və bu haqda kitab yazdı

609906

ABŞ-ın Yuta ştatında 35 yaşlı Kori Riçins ərini öldürməkdə təqsirli bilinib.

Bizim.Media xəbər verir ki, 2022-ci ildə onun həyat yoldaşı Erik Riçins qəfil vəfat edib.

Əvvəlcə ölüm hadisəsi faciəli təsadüf kimi qiymətləndirilib.

Lakin ekspertiza zamanı kişinin qanında ölümcül dozadan bir neçə dəfə artıq fentanil aşkarlanıb. İstintaq müəyyən edib ki, Kori Riçins ərini zəhərləyib.

Hadisədən bir il sonra 3 övladı olan qadın bu barədə “Sən mənimləsən?” adlı uşaq kitabı nəşr etdirib. Lakin sonradan onun özü ərinin ölümündə əsas şübhəli kimi həbs olunub.

2026-cı ilin martında məhkəmə Kori Riçinsi ərini öldürməkdə təqsirli bilib. Prokurorluq cinayətin pul, sığorta ödənişləri və gizli münasibətlə bağlı olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO