Qalibafdan Trampa istehzalı cavab: “Kimin kartları bitib?”

Qalibafdan Trampa istehzalı cavab: “Kimin kartları bitib?”

Hazırda oxunan: Qalibafdan Trampa istehzalı cavab: “Kimin kartları bitib?”

609663

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın “danışıqlarda bütün kartlar Vaşinqtonun əlindədir” məzmunlu açıqlamasına cavab verib.

Bizim.Media xəbər verir ki, Qalibaf “X” hesabında İran və ABŞ arasında enerji rıçaqlarını əks etdirən “iqtisadi kart modeli” paylaşıb.
 

İranlı spikerin fikrincə, ABŞ tərəfi öz “kartları” ilə öyünsə də, əslində Vaşinqton əsas imkanlarının bir hissəsini artıq istifadə edib, Tehranın isə hələ də işə salmadığı rıçaqlar var. 


“Onlar kartları ilə öyünürlər. Gəlin baxaq: təklif kartları = tələb kartları”, - deyə Qalibaf yazıb.

O, İranın “kartları” sırasında Hörmüz boğazını, Bab əl-Məndəb boğazını və boru kəmərlərini göstərib. Qalibafın paylaşımına görə, Hörmüz boğazı “qismən istifadə olunub”, Bab əl-Məndəb boğazı və boru kəmərləri isə hələ “istifadə edilməyib”. ABŞ tərəfinin imkanları kimi isə strateji ehtiyatların bazara çıxarılması, tələbatın azalması və qiymətlərin növbəti korreksiyası qeyd olunub. 

Qalibaf sonda istehza ilə bildirib ki, bu siyahıya ABŞ-da yay tətili dövründə enerji tələbatının artmasını da əlavə etmək olar:

“Əlbəttə, əgər onlar tətilləri ləğv etməsələr”.

Qeyd edək ki, son günlər ABŞ-İran münasibətlərində gərginlik fonunda Hörmüz boğazı və enerji bazarları ilə bağlı açıqlamalar yenidən gündəmə gəlib. Hörmüz boğazı dünya neft daşımaları üçün əsas marşrutlardan biri hesab olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO