Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Hazırda oxunan: Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

608854

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə dronlarla bağlı 3 saziş imzalayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, Ukrayna bu ölkələrə konkret nəticə verə biləcək imkanlar təklif edir.
 

“Biz nəticə təmin etməyə hazırıq. Birincisi, bu, bizim təcrübəmizdir. İkincisi, müxtəlif hərbi avadanlıqların vahid sistemə inteqrasiyası üçün təlim missiyaları və proqram təminatıdır. Həmçinin ucuz dronlar və onların istehsalı üçün birgə istehsal xətləri”, - deyə o bildirib.


Ukrayna lideri qeyd edib ki, “Şahed” tipli dronların qiyməti 80 min dollardan 130 min dollara qədər dəyişir.

Onun sözlərinə görə, belə aparatların məhv edilməsi üçün 3-4 milyon dollarlıq raketlərdən deyil, 10 min dollarlıq dron-tutuculardan istifadə olunmalıdır.

“Biz onlara özlərini qorumaqda kömək etmək istəyirik. Və digər ölkələrlə də belə tərəfdaşlıq münasibətləri qurmağa davam edəcəyik”, - deyə Zelenski vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO