Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Hazırda oxunan: Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

608685

Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində kredit ayrılmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentliyin yazdığına görə, Aİ səfirləri çərşənbə günü Ukraynaya vəd edilən 90 milyard avroluq kredit və Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə razılaşmanın yekunlaşdırılması proseduruna başlayıblar.

Məlumata görə, bu qərarın qəbul olunması Macarıstanın vetonu geri götürməsindən sonra mümkün olub. Reuters qeyd edir ki, Budapeştin mövqeyinin dəyişməsi hökumət dəyişikliyi fonunda baş verib. Viktor Orbanın seçkilərdə məğlub olmasından sonra yeni siyasi vəziyyət bu məsələdə irəliləyişə şərait yaradıb.
 

Agentliyin məlumatına əsasən, kredit 2026 və 2027-ci illərdə Ukraynanın hərbi və maliyyə ehtiyaclarının ödənməsinə yönəldiləcək. Eyni zamanda, Aİ Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketinin qəbulunu da irəli aparır.


Reuters və AP yazır ki, prosesin yekun mərhələyə keçməsi həm də “Drujba” boru kəməri ilə neft nəqlinin bərpasından sonra mümkün olub. Bu məsələ Macarıstan və Slovakiyanın etirazlarının əsas səbəblərindən biri idi.

Beləliklə, Aİ daxilində aylarla davam edən siyasi dalandan sonra Ukrayna üçün mühüm maliyyə qərarı faktiki olaraq təsdiqlənib və yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO