İsrail bu hücuma görə ÜZR İSTƏDİ – FOTO

İsrail bu hücuma görə ÜZR İSTƏDİ – FOTO

Hazırda oxunan: İsrail bu hücuma görə ÜZR İSTƏDİ – FOTO

608264

“İsrail ordusunun əsgəri tərəfindən Livanda İsa Məsihin heykəlinin dağıdılması İsrailin dəyərlərinə zidd olan utancverici addımdır”.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, baş verən hadisə ölkənin prinsiplərinə tamamilə ziddir:

“İsrail müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən, inanclılar arasında tolerantlıq və qarşılıqlı ehtiramı dəstəkləyən bir dövlətdir. Bu insident nəticəsində hissləri incinən bütün xristianlardan üzr istəyirik”.

Qeyd edək ki, hadisə ölkənin cənubunda yerləşən maronit xristian kəndi Debeldə baş verib.
 

Bildirilir ki, İsrail ordusu faktla bağlı araşdırmaya başlayıb və paralel olaraq yerli icmaya heykəlin bərpasında kömək edir. Qurumdan qeyd olunub ki, Livanın cənubunda aparılan əməliyyatlar çərçivəsində mülki obyektlərə, o cümlədən dini tikililərə və simvollara zərər vurmaq niyyəti yoxdur. 


“Baş verən hadisəyə ciddi yanaşılır və hərbçinin hərəkətləri yolverilməz hesab olunur”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO