Bu tarixə qədər hər iki insandan birində allergiya olacaq – ŞOK XƏBƏRDARLIQ

Bu tarixə qədər hər iki insandan birində allergiya olacaq – ŞOK XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu tarixə qədər hər iki insandan birində allergiya olacaq – ŞOK XƏBƏRDARLIQ

607896

Dünyanın təxminən dörddə biri allergiyadan əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2050-ci ilə qədər planetdəki hər ikinci insanda allergiya olacaq. İmmun sistemi tozcuğa, qidaya, heyvanlara və hətta tarakanlara kəskin reaksiya verir. Bəzi allerqoloq məsləhətləri nəinki kömək etmir, hətta sinir böhranına səbəb olur.

Allergiyanın geniş yayılması həm genetik, həm də həyat tərzi məsələsidir. Bir tərəfdən, qorunma səviyyəsi kəskin şəkildə artıb. İndi isanlat gigiyena və təmizliyə çox diqqət yetirirlər. Yəni orqanizm bakteriyalarla bir arada qalıb onlara qarşı immun formalaşdıra bilmir.
 

Digər tərəfdən COVID-19 virusunun immun sisteminə çox ağır bir yük qoyması ilə əlaqədardır. İltihabi reaksiyaları artırır, allergik reaksiyalara səbəb olur və hətta toxumalara bir qədər zərər verir. Bu kimi reaksiyalar əvvəllər bədəndə mövcud deyildi, lakin indi mövcuddur.


Əlbəttə ki, ətraf mühit amilləri də allergiyaya səbəb ola bilər. Yeri gəlmişkən, bu yaxınlarda araşdırılıb ki, ev və ofislərdə həşəratlar allergenlər ifraz edir. Yəni biz onları görəndə qaşınma tutanda, düşünürdük ki, iyrəndik deyə belə oldu, amma havaya buraxdıqları zərrəciklərdən olurmuş. Kiçik hissəciklər havada üzür və allergiyaya səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO