Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

Hazırda oxunan: Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

607823

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə yaydığı bəyanatdan sonra Ağ Evdən təcili izahat tələb ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Tramp paylaşımında İsrailə Livana hava zərbələri endirməyin qadağan olunduğunu bildirib ki, bu açıqlama rəsmi Təl-Əvivdə ciddi çaşqınlıq yaradıb.

Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu və onun komandası bu bəyanatdan media vasitəsilə xəbər tutub və gözlənilmədən yaranmış vəziyyət onları təəccübləndirib. Mənbələr bildirir ki, Netanyahu və müşavirləri açıqlamadan şok və narahatlıq keçiriblər.
 

Qeyd edək ki, İsrail hökumətinin narahatlığı Trampın sözlərinin bir gün əvvəl ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan İsrail-Livan atəşkəs razılaşmasının mətninə zidd olması ilə bağlıdır. Həmin sənəd 10 günlük döyüşlərin dayandırılmasını nəzərdə tutur və ABŞ-ın vasitəçiliyi ilə paralel olaraq İranla sülh danışıqları fonunda hazırlanıb.


Razılaşmanın əsas müddəalarından birinə görə, İsrailə planlaşdırılan və ya davam edən hücumlara qarşı özünümüdafiə məqsədilə hərbi əməliyyatlar aparmaq hüququ saxlanılır. Bunun qarşılığında isə İsrail Livandakı hədəflərə, o cümlədən mülki və hərbi obyektlərə qarşı hücum xarakterli əməliyyatlardan çəkinməyi öhdəsinə götürüb.

Bununla belə, Trampın cümə günü yaydığı paylaşımda daha sərt ifadələr yer alıb: “İsrail artıq Livanı bombalamayacaq. ABŞ bunu qadağan edib. Bəsdir, artıq yetər”.

Müqavilənin mətnindəki müddəalarla Trampın qəti mövqeyi arasındakı fərq İsrail rəhbərliyində əməliyyat imkanları və ABŞ-ın rəsmi mövqeyi ilə bağlı ciddi qeyri-müəyyənlik yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO