Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO

Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO

Hazırda oxunan: Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO
598939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ və İsrail tərəfindən İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi İraqın paytaxtı Bağdadda etiraz aksiyalarına səbəb olub. Nümayişçilər şəhərin “Yaşıl zona” adlanan, güclü mühafizə olunan hissəsində təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər. Bu ərazi İraq hökumətinin, parlamentin və xarici səfirliklərin yerləşdiyi zonadır. 

Bizim.Media xəbər verir ki, informasiyanı Al Jazeera yayıb.

Telekanalın məlumatına görə, etirazçılar bayraqlar qaldıraraq şüarlar səsləndiriblər.
 

Şahidlərin sözlərinə əsasən, nümayişçilər ABŞ səfirliyinə doğru yürüş təşkil etmək və hücum etmək üçün səfərbər olmağa çalışıblar.


Yayılan görüntülərdə bir neçə etirazçının “Yaşıl zona”ya aparan giriş qapıları yaxınlığındakı dairəvi yol qovşağında nəqliyyat vasitələrinin hərəkətini bloklamağa cəhd etdiyi əks olunub.

Xameneinin öldürülməsindən sonra Bağdadda etirazlar başladı: “ABŞ səfirliyinə doğru...” - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO