Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Hazırda oxunan: Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı
595259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ABŞ-ın Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təklifini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TV Brics telekanalına müsahibəsində bildirib.

“Ankoricdə biz ABŞ-ın təklifini qəbul etdik. Açıq desək, kişi kimi danışsaq, onlar təklif etdilər — biz razılaşdıq, deməli problem həll olunmalıdır”, — deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın təklifini qəbul etməklə Rusiya “sanki Ukrayna məsələsinin nizamlanması üzrə vəzifəni yerinə yetirib”. “Bizim üçün ABŞ-ın mövqeyi vacib idi. Onların təklifini qəbul etmişiksə, bu, əslində münaqişənin həlli və tamhüquqlu, geniş və qarşılıqlı faydalı əməkdaşlığa keçid deməkdir”, — deyə nazir əlavə edib.
 

Lakin Lavrovun qeyd etdiyi kimi, hazırda vəziyyət fərqli cərəyan edir: yeni sanksiyalar tətbiq olunur, “tankerə hücumlar isə davam edir”.


Lavrov həmçinin bildirib ki, ABŞ “iqtisadi dominantlıq vəzifəsini elan edib”. “Ona görə də burada təkcə Ukrayna məsələsində — guya onlar təklif etdilər, biz hazır idik, indi isə onlar hazır deyillər — yox, eyni zamanda iqtisadi sahədə də heç bir parlaq gələcək görmürük”, — deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO