BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI

Hazırda oxunan: BMT-nin Baş katibi dünya ölkələrini olimpiya atəşkəsinə ÇAĞIRDI
594897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin Baş katibi Antonio Quterreş dünyanı İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları müddətində olimpiya atəşkəsinə çağırıb.

Bizim.Media xəbər verir ki, Quterreş bildirib ki, xalqlar arasında yeganə mübarizə döyüş meydanında deyil, idman arenasında olmalıdır.

“Olimpiya və Paralimpiya Oyunları ümid mayakıdır. Bu, insan potensialının — komanda işi, ədalətli oyun və qarşılıqlı hörmətin bayramıdır. Sizin işə sadiqliyiniz və əzmkarlığınız sayəsində biz birləşmiş dünyanın necə ola biləcəyini və bəşəriyyətin daha yaxşıya can atdıqda nələrə qadir olduğunu görürük”, — deyə Birləşmiş Millətlər Təşkilatının Baş katibi qeyd edib.

Quterreş həmçinin münaqişə tərəflərini yarışlarda təkcə qızıl medal uğrunda deyil, eyni zamanda sülh naminə də birgə çalışmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO