Bəşər Əsədin əmisi öldü

Bəşər Əsədin əmisi öldü

Hazırda oxunan: Bəşər Əsədin əmisi öldü
591953
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyanın keçmiş vitse-prezidenti, eləcə də ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. 1984-1998-ci illərdə Suriyanın vitse-prezidenti olan R.Əsədin ölümünün təfərrüatı açıqlanmayıb.
 

Qeyd edək ki, Rifat Əsəd 1971-ci ildən 2000-ci ilədək Suriyaya rəhbərlik etmiş Hafiz Əsədin kiçik qardaşıdır. 1984-cü ildə baş tutmuş uğursuz çevriliş cəhdindən sonra xaricdə yaşayıb, lakin rəsmi olaraq dövlət vəzifəsini tutmağa davam edib. 2021-ci ildə Bəşər Əsəd əmisinə siyasi fəaliyyətlə məşğul olmamaq şərtilə vətənə qayıtmağa icazə verib.


Rifat Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və hərbi cinayətlərlə əlaqədar məhkəmə iddiaları qaldırılıb. Lakin təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar araşdırmalar dayandırılıb.

2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra Rifat Əsədin Beyruta köçdüyü bildirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO