Bu ölkədə hakimiyyət çevrilişinin qarşısı alındı

Bu ölkədə hakimiyyət çevrilişinin qarşısı alındı

Hazırda oxunan: Bu ölkədə hakimiyyət çevrilişinin qarşısı alındı
589622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Burkina Fasoda keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilən çevriliş cəhdinin qarşısı alınıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyasında danışarkən bildirib ki, 3 yanvarda ölkədə sabitliyi pozmaq cəhdi əngəllənib.

Sana çevriliş cəhdinin keçmiş keçid hökumətinin lideri Damiba tərəfindən təşkil edildiyini və məqsədinin hərbi rejimin lideri İbrahim Traoreni zərərsizləşdirmək olduğunu bildirib.

Mahamadou Sana vəziyyətin nəzarət altında olduğunu və iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Hazırkı hərbi rejimin lideri İbrahim Traore 30 sentyabr 2022-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaogo Damibanı devirib.

Damiba da öz növbəsində 2022-ci ilin yanvarında o vaxtkı prezident Roch Marc Christian Kaboreni devirərək hakimiyyəti ələ keçirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO