Qırğızıstanda "sükut günüdür"

Qırğızıstanda "sükut günüdür"

Hazırda oxunan: Qırğızıstanda "sükut günüdür"
582965
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanda bu gün ölkənin 30 noyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı “sükut günüdür”.

Bizim.Media xəbər verir ki, ölkənin seçki qanunvericiliyinə görə, səsvermə başlamazdan 24 saat əvvəl seçkiqabağı təşviqat dayandırılır.

Bu gün namizədlərin platformalarının müzakirəsi və seçkiqabağı materialların yayılması da daxil olmaqla hər hansı təşviqat tədbirinin keçirilməsi qadağandır.
 

Seçkiqabağı təşviqatı yalnız rəsmi qeydiyyatdan keçmiş namizədlər, onların səlahiyyətli nümayəndələri, eləcə də rəsmi qeydiyyatı olan siyasi partiyalar və partiya blokları apara bilərlər. Kampaniya 10 oktyabrda rəsmi şəkildə başlamış və 29 noyabr saat 08:00-da başa çatmışdır.


Qeyd edək ki, 30 noyabrda seçki məntəqələri saat 08:00-da açılacaq və 20:00-dək fəaliyyət göstərəcək. Seçkilərdə ölkənin qanunvericilik orqanında yerlər uğrunda minlərlə namizəd mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO