“Qremmi” mükafatlarının təqdimetmə mərasiminin tarixi açıqlandı

“Qremmi” mükafatlarının təqdimetmə mərasiminin tarixi açıqlandı

Hazırda oxunan: “Qremmi” mükafatlarının təqdimetmə mərasiminin tarixi açıqlandı
56204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 31-də Los-Ancelesdə (Kaliforniya) keçirilməsi nəzərdə tutulan “Qremmi” mükafatlarının təqdimetmə mərasimi aprelin 3-də Las-Veqasda (Nevada ştatı) keçiriləcək.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb.

Məlumatda bildirilib ki, tədbirin təxirə salınmasına baxmayaraq, səsyazma akademiyası və “CBS” telekanalı mərasimi tam formatda keçirmək istəyir. 64-cü “Qremmi” mükafatlarının tarixi artıq məlumdur. Mərasim aprelin 3-də Las-Veqasdakı “MGM Grand Garden”dən canlı yayımlanacaq.

Qeyd olunub ki, mərasimin aparıcısı 2021-ci ildə olduğu kimi, komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olacaq. “MGM”in arenası 17 min nəfəri qəbul edə biləcək.

Ümumilikdə nominasiyalar üzrə 85 mükafat təqdim olunacaq, o cümlədən iki yeni mükafat - etnik musiqi üzrə “Ən yaxşı musiqi ifası” və Latın Amerikası ifaçıları üçün “Ən yaxşı şəhər albomu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO