Sabahdan bu ölkədə peyvənd olunmayanlara karantin rejimi TƏTBİQ EDİLƏCƏK

Sabahdan bu ölkədə peyvənd olunmayanlara karantin rejimi TƏTBİQ EDİLƏCƏK

Hazırda oxunan: Sabahdan bu ölkədə peyvənd olunmayanlara karantin rejimi TƏTBİQ EDİLƏCƏK
45983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstriyada noyabrın 15-dən yeni növ koronavirusla (COVİD-19) bağlı vəziyyətin kəskinləşməsi səbəbindən peyvənd olunmayan və koronavirusa yoluxaraq sağalmamış insanlara karantin rejimi tətbiq olunacaq.

Bizim.Media-nın məlumatına görə, bunu Avstriya kansleri Aleksander Şallenberq bildirib.

Peyvənd olunmayanlar evdən ancaq supermarketə, aptekə, ehtiyacı olanlara kömək, iş və gəzinti üçün çıxa biləcəklər.
 

Noyabrın 8-dən peyvənd olunmayanlar artıq restoran, kafe, közəllik və masaj salonlarına, fitnes mərkəzlərinə, kino, teatra, o cümlədən otelə daxil ola bilmirlər.


Kansler qeyd edib ki, artıq pandemiyanın dördüncü dalğası ölkəni əhatə edib:

“Buna görə də bu gün qərara gəldik ki, sabahdan peyvənd olmayanlara karantin tətbiq edək. Bu, 12 yaşdan yuxarı insanların çölə çıxmasının məhdudlaşdırılmasıdır. Yaşayış yerini istisna hallarda tərk etmək mümkün olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO