Tehranın daha bir mollasından Azərbaycanla bağlı sərsəm açıqlama

Hazırda oxunan: Tehranın daha bir mollasından Azərbaycanla bağlı sərsəm açıqlama

0:00
0:00
42074

İran ali rəhbərinin Təbrizdəki İmamət Qərargahından açıqlama verilib. Həmin açıqlamada İranın sərhədlərində hansısa dəyişiklikləri qəbul etməyəcəyi vurğulanır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.

Açıqlamada habelə iddia edilir ki, guya "sionist" rejim Azərbaycan ərazisində İranla sərhəd bölgələrə yerləşdirib.

Həmçinin, iddiaya görə, guya İsrail bununla İranın sərhədlərinə yaxınlaşmaq və Suriya, Livan və Fələstin kimi məzlum xalqları müdafiə edən İrana divan tutmaq istəyir.

"İran İslam Respublikası hər zaman qonşu ölkələrlə, özəlliklə, Azərbaycanla mehriban qonşuluq siyasəti yürüdüb. Müxtəlif vaxtlarda Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını müdafiə edib, ancaq, "sionistlərin" orada mövcudluğu İrana zərbə deməkdir. Azərbaycan xalqının sayıqlığı və silahlı qüvvələrin gücü ilə sərhədlərimizdə heç bir dəyişiklik etməyəcəyik" - deyə o, iddia edib.
 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağı erməni işğalından azad etdikdən sonra, Tehran rejimi guya İsrailin Azərbaycanda, xüsusilə, İranla sərhədlərdə olması ilə bağlı absurd fikir və iddialar söyləməyə başlayıb.


İsrail rejimini Azərbaycanda axtarmağa çalışan Tehran axund rejimi yaxşı olar ki, onu öz ətrafında axtarsın. Habelə, İrana xatırlatmaq lazımdır ki, Suriya, İraq və digər ölkələrdə terroristləri maliyyələşdirən bir ölkə necə ola bilər ki, eyni zamanda orada yaşayan məzlum xalqı müdafiə etsin?!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO