Telman İsmayılov 3 il polisdən belə gizlənib - TƏFƏRRÜAT 

Telman İsmayılov 3 il polisdən belə gizlənib - TƏFƏRRÜAT 

Hazırda oxunan: Telman İsmayılov 3 il polisdən belə gizlənib - TƏFƏRRÜAT 

40061

Azərbaycanlı milyarder Telman İsmayılovun Podqoritsa Ali Məhkəməsi tərəfindən həbs edilməsi ilə bağlı yeni təfərrüat məlum olub. 

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, biznesmen təxminən üç il ərzində Monteneqronun paytaxtında kirayə götürdüyü malikanədə yaşayıb.  

Monteneqronun yerli hakimiyyət orqanları isə T. İsmayılovun ölkədə olduğundan xəbərdar olsa da milyarderin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, buna heç bir şəkildə reaksiya verməyib. 

Yazıda qeyd olunub ki, T. İsmayılovun yaşadığı malikanə ölkə polisinin və Daxili işlər Nazirliyinin binasının çox yaxınlığında yerləşir: 

“Bu cür sadiqlik iş adamının Monteneqro rəsmiləri ilə qurduğu şəxsi əlaqələrinə əsaslanır. Məlumdur ki, ölkə Prezidenti Milo Cukanoviç Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelində qonaq olub”. 

Telman İsmayılovun vəkili Marina Rusakova iş adamının həbs olunmazdan bir neçə ay əvvəl Monteneqro hökumətinə siyası sığınacaq üçün müraciət etdiyini bildirib. Vəsatətə baxılması noyabrın 12-də baş tutmalı idi. 

Rusakova müvəkkilinin məsələsinə müğənni Avram Russonun qaçırılması ilə bağlı açılan cinayət işinin ikinci hökmü və Ali Məhkəmənin iyun ayında başqa bir iş (sahibkarlar Vladimir Savkin və Yuri Brilevin qətlə yetirilməsi) üzrə hökmü yenidən nəzərdən keçirməkdən imtina etməsinin təsir etdiyini bildirib. 

Qeyd edək ki, Telman İsmayılov 2 sahibkarın qətli daxil olmaqla, bir neçə cinayət işində ittiham olunur. “Çerkizovski” bazarının keçmiş sahibi 2017-ci ildə Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO