"Bir neçə kişi məni zorladı..." - Tanınmış müğənni - FOTO 

Hazırda oxunan: "Bir neçə kişi məni zorladı..." - Tanınmış müğənni - FOTO 

36860

Kanadalı müğənni və aktrisa Alanis Morissett 15 yaşında bir neçə kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib. 

Bizim.Media “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, sənətçi bu mövzunu əvvəllər heç vaxt açıq şəkildə qaldırmadığını etiraf edib.  

İllərlə buna görə müalicə alan Morissett həmin şəxslərin pedofil olduğunu deyib: 

"Həmişə bunun qarşılıqlı razılaşma ilə olduğunu söylədim. İndi başa düşürəm ki, "bəli, onlar pedofil idilər. Qanuna görə bu təcavüz sayılır". 
 

Təcavüzkarların adlarını açıqlamayan müğənni, bu barədə yalnız bir neçə adama danışdığını, amma heç bir kömək almadığını vurğulayıb. 


Qeyd edək ki, Alanis Morissett kanadalı ifaçı, aktrisa və prodüserdir. İlk albomu “Jagged Little Pill” 1995-ci ildə çıxıb və musiqi tarixində ən çox satılan albomlardan biri olub. Karyerası ərzində müğənni yeddi “Qremmi” mükafatı alıb. Bir sıra məşhur filmlərdə rol alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO