Britaniyanın daşınmaz əmlak satışında SIÇRAYIŞ: alıcılar arasında azərbaycanlılar da var

Hazırda oxunan: Britaniyanın daşınmaz əmlak satışında SIÇRAYIŞ: alıcılar arasında azərbaycanlılar da var

35083

London daşınmaz əmlak bazarında koronavirus pandemiyasının səbəb olduğu sakitlik canlanmaya yol açıb. Yenə də Dumanlı Albionda milyonlarla dollara mənzil almaq istəyən əcnəbilərin sayında artım var.

Onların arasında azərbaycanlı alıcılar da yer alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Britaniyanın Estate Agent Today portalı yayıb.

Mənbə yazır ki, məşhur London daşınmaz əmlak agenti çoxlu sayda xarici müştərinin şəhərə qayıdışını qeyd edir. Onun fikrincə, sentyabrda daha çox insan gələcək.
 

MÖVZU İLƏ BAĞLI:

Müsadirə edilmiş əmlakların hərracı keçiriləcək – Ucuz maşın, torpaq sahəsi, telefon


Eccord daşınmaz əmlak agentliyinin icraçı direktoru Joe Eccles deyir ki, hazırda İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Bu müştərilər 2,5-10 milyon funt sterlinq dəyərində evlərin alınması üçün sifariş veriblər.

Joe Eccles pandemiyadan sonrakı vəziyyətdə əmlak qiymətlərinin də artdığını söyləyib. Britaniyanın təhsil sistemi və Londonun cazibədarlığı İngilis daşınmaz əmlakını yenidən cazibədar edir.

Varlı əcnəbilər ailələrini, uşaqlarını Londona yerləşdirir və ya elit klublara yazdırırlar. Və nəticədə özləri üçün mənzil alırlar.
 

Ecclesə görə, bəzi müştərilər özləri üçün ev tapmağa çalışırlar, amma uğursuz olduqda daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edirlər.


Bu da təbii olaraq alıcıların artmasına səbəb olur.

Xatırladaq ki, Britaniyada qəbul edilən yeni qanunlara görə, bu ölkədə daşınmaz əmlak və ya digər aktiv almaq istəyən əcnəbilər öz vəsaitlərini qanuni yolla əldə etmə faktını sübut etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO