Rəsmi Tehranın sözçüsü Azərbaycanda keçiriləcək prezident seçkisindən danışıb

Rəsmi Tehranın sözçüsü Azərbaycanda keçiriləcək prezident seçkisindən danışıb

Hazırda oxunan: Rəsmi Tehranın sözçüsü Azərbaycanda keçiriləcək prezident seçkisindən danışıb

34284

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm sentyabrın 24-də jurnalistlərə açıqlamasında oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkisindən danışıb.

Moderator.az-ın “Media forum” saytına istinadən verdiyi məlumata görə, Mərziyə Əfxəm “Azərbaycanda keçiriləcək prezident seçkisinə Amerika və sionistlərin müdaxilə etmək cəhdini göstərən bəzi əlamətlər barədə nə deyə bilərsiniz” sualına belə cavab verib: “Bizim dəyərləndirməmizə görə İran və Azərbaycan rəsmilərinin vaxtaşırı keçirdiyi görüşlər bunu deməyə əsas verir ki, iki ölkənin münasibətləri təbii axarındadır.

Hesab edirik ki, Azərbaycanda keçiriləcək prezident seçkisi haqda müəyyən bir mövqe sərgiləməyimizə o qədər də ehtiyac yoxdur. Çünki hər bir ölkədə seçki xarici ölkələrin təsiri altına düşmədən, daxili çərçivələrə və qanunlara uyğun keçirilməlidir. Ümid edirik ki, Azərbaycandakı seçki də bu özəlliyə malik olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO