Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Hazırda oxunan: Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

639373

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

SXA-dan Bizim.Media-ya verilən məlumata görə, uşaqlar agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.
 

Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçiriləcək. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.


Onların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

SXA tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO