Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı

Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı

Hazırda oxunan: Çin yenidən qapanır: Pekinə gediş-gəliş məhdudlaşdırıldı
30905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin paytaxtı Pekin şəhərində yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə karantin qaydaları yenidən qüvvəyə minib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkə rəsmiləri yeni qadağalar tətbiq etməklə virusun qarşısını almağı hədəfləyir.

Yeni qaydalara əsasən, digər bölgələrdən paytaxta girişlər tamamilə məhdudlaşdırılıb. Rəsmi Pekinin bu cür təlaşa düşməsinin səbəbi isə ölkədə “Delta” ştammının yayılmağa başlamasıdır.

Qeyd edək ki, “Delta” variantı Çində yayılmağa başladıqdan sonra ölkənin 27 müxtəlif şəhərində 350-dən çox insana “Covid-19” diaqnozu qoyulub. Pekində isə hələlik yalnız 4 nəfərdə “Delta”nın əlamətlərinə rast gəlinib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO