Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Hazırda oxunan: Çin ABŞ-a NOTA VERDİ
270260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pekin, Vaşinqtonun bir neçə Çin şirkətini öz ixrac nəzarət siyahısına daxil etməsinə dair son həmləsinə kəskin etirazını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin nümayəndəsi açıqlama verib.
 

"ABŞ Ticarət Nazirliyi, milli təhlükəsizlik mövzusuna ümumiləşdirilmiş yanaşma tətbiq edərək və ixrac nəzarətindən sui-istifadə edərək, yarımkeçiricilər, biotexnologiyalar, aerokosmik sənaye, ticarət və logistika kimi sahələrdə bir çox Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib.


Bu, müxtəlif ölkələrdən olan şirkətlərin fəaliyyətini məhdudlaşdırır və ticarət mübadiləsini pozur, dünya bazarını deformasiyaya uğradır və qlobal təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini zəiflədir. Çin buna qarşı qətiyyətlə etiraz edir", - deyə nümayəndə vurğulayıb.

O, həmçinin qeyd edib ki, Çin və ABŞ 14 sentyabr tarixindən etibarən İspaniyada iqtisadi və ticarət danışıqları keçirməyi planlaşdırır və əlavə edib:

"Bu kontekstdə ABŞ-nin Çin şirkətlərinə qarşı sanksiya tətbiq etməsi, onların əsl niyyətləri barədə suallar yaradır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO