Rusiyada An-24 təyyarəsi qəzaya uğradı – Göyərtəsində 49 nəfər olub

Rusiyada An-24 təyyarəsi qəzaya uğradı – Göyərtəsində 49 nəfər olub

Hazırda oxunan: Rusiyada An-24 təyyarəsi qəzaya uğradı – Göyərtəsində 49 nəfər olub
261402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amur vilayətində Tında şəhərinin hava limanından bir neçə kilometr aralıda Rusiyaya məxsus An-24 sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, göyərtəsində 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub.

Bütün mövcud resurslar və vəsaitlər axtarış işində iştirak edir.
 

“Məlumata görə, Amur vilayətində, Tında şəhərinin hava limanına yaxın ərazidə "Angara" aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi radarlardan itib və əlaqə kəsilib”, – deyə rəsmi açıqlamada bildirilir. Təyyarə Xabarovsk – Blaqoveşensk – Tında marşrutu üzrə hərəkət edirmiş.


Aviasiya Qəzalarının Araşdırılması üzrə Dövlətlərarası Komissiya (MAK) hadisəni araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO