Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib

Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib

Hazırda oxunan: Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib
251283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

HAMAS və İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı aparılan dolayı danışıqlar dalana dirənib.

Bizim.Media "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Madriddə keçirilən və Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş nazirlər toplantısında çıxışı zamanı deyib.

“Biz münaqişənin həlli üçün müxtəlif yaradıcı yanaşmalar axtarırıq, lakin indiyə qədər heç biri nəticə verməyib”, – hökumət başçısı vurğulayıb.

Əl Taninin sözlərinə görə, İsrail Qəzzaya humanitar yardımın çatdırılması məsələsini danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir:

“Misirlə birlikdə vasitəçilik səyləri çərçivəsində biz atəşkəsə dair danışıqlar aparılan dövrdə Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çalışdıq. Təəssüf ki, İsrail humanitar yardımı bu danışıqlarda təzyiq alətinə çevirib”, – deyə Qətər Baş naziri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO