Egey və Aralıq dənizində ard-arda zəlzələ oldu

Egey və Aralıq dənizində ard-arda zəlzələ oldu

Hazırda oxunan: Egey və Aralıq dənizində ard-arda zəlzələ oldu
250000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Egey dənizində Yunanıstanın Evriboz (Eğriboz) adasında saat 09:56-da 4.4 bal gücündə zəlzələ baş verib.

Bizim.Media “Hurriyet”ə istinadən xəbər verir ki, zəlzələnin episentri Çanaqqalanın Ayvacıq rayonundan 250 kilometr uzaqlıqda yerləşib.

Egey dənizində bu hadisədən əvvəl, saat 07:28-də 3.8 bal gücündə başqa bir zəlzələ qeydə alınıb.
 

Bundan əlavə, Aralıq dənizində də 3.9 bal gücündə zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Egey dənizində saat 07:28-də 3.8 bal gücündə zəlzələ baş verib.


AFAD-ın verdiyi digər məlumata əsasən, saat 09:56-da Yunanıstanın Evriboz adasında 4.4 bal gücündə zəlzələ qeydə alınıb.

Agentlik həmçinin saat 10:29-da Muğlanın Marmaris rayonunun açıqlarında Aralıq dənizində 3.9 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO