Bill Qeyts sərvətini görün hara xərcləyəcək

Bill Qeyts sərvətini görün hara xərcləyəcək

Hazırda oxunan: Bill Qeyts sərvətini görün hara xərcləyəcək
248458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Transmilli “Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeyts 20 il ərzində bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə bloqunda yazıb.

"Pulumu cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarmaq qərarına gəldim. Növbəti 20 il ərzində bütün sərvətimi Qeyts Fondu vasitəsilə bütün dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün xəsrcələyəcəyəm", - o qeyd edib.
 

“Öləndə haqqımda çox şeylər deyiləcək, amma qərara gəldim ki, insanların deyəcəyi sözlərdən biri “O, varlı öldü” olmamalıdır", - o əlavə edib. Oktyabrda 70 yaşı tamam olacaq Qeyts yazıb ki, başqalarına kömək edə biləcək resursları saxlaya bilmək üçün təcili diqqətə ehtiyacı olan çoxlu problemlər var.


Qeyts Fondu 2045-ci il dekabrın 31-də bağlanacaq. Fond bu müddət ərzində 200 milyard dollardan çox vəsait xərcləməlidir.

Yanvar ayında Qeyts “Microsoft”un mobil əməliyyat sistemi bazarına çıxmamasını özünün "ən böyük səhvi" adlandırıb. Bu, onun korporasiyasına 400 milyard dollara başa gəlib. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO