Sevgilisini villada öldürən gənc hadisə yerindən belə qaçdı - ANBAAN VİDEO

Sevgilisini villada öldürən gənc hadisə yerindən belə qaçdı - ANBAAN VİDEO

Hazırda oxunan: Sevgilisini villada öldürən gənc hadisə yerindən belə qaçdı - ANBAAN VİDEO
244273
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulun Çatalca qəsəbəsindəki villalardan birində mübahisə zəminində kişi sevgilisi Sinem Çeşimi bıçaqlayaraq öldürüb.

Bizim.Media xəbər verir ki, həmin şəxsin hadisə yerindən qaçması təhlükəsizlik kameralarına düşüb.

Hadisə aprelin 9-u çərşənbə günü Çatalcanın Binkılıç qəsəbəsindəki villada baş verib. İddialara görə, 27 yaşlı Sinem Çeşim və sevgilisi M.T. ilə görüşüb. Aralarında yaranan mübahisə nəticəsində M.T. Sinem Çeşimi bıçaqla ağır yaralayıb və hadisə yerindən qaçıb.

Hadisə yerinə təcili yardım və jandarma qrupları sövq edilib. Çeşim ilkin tibbi yardımdan sonra aparıldığı xəstəxanada həyatını itirib.

Sinem Çeşimin cənazəsi Pendik Yeni Şeyhli qəbiristanlığında dəfn edilib. Polis qətli törədən şəxsi tutmaq üçün axtarış əməliyyat tədbirlərini davam etdirir.

Hadisə yerindən qaçan qatilin son görüntülərini təqdim edirik. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO