PKK bu ay ləğv ediləcək?

PKK bu ay ləğv ediləcək?

Hazırda oxunan: PKK bu ay ləğv ediləcək?
241828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PKK terror təşkilatı aprel ayında ləğv oluna bilər.

Bizim.Media bu barədə “Hürriyet” qəzetinə istinadən xəbər verir.

Nəşr bildirib ki, PKK-nın qurultayının aprelin ortalarında keçiriləcəyi və silahları yerə qoyaraq, özünü buraxmağa qərar verəcəyi gözlənilir.

“PKK-nın silahı yerə qoyması və özünü buraxması ilə bağlı çox kritik bir mərhələyə daxil oluruq”, - Türkiyə nəşri qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı PKK terror təşkilatının ən qısa zamanda qurultay keçirərək özünü buraxması və silahlarını təhvil verməsi gərəkdiyini bildirib. Bağçalı PKK-nın özünü buraxması üçün 4 may tarixini təklif edib, qurultayın keçirilməsi üçün Muş vilayətinin Malazgirt rayonunu uyğun yer kimi göstərib.

MHP lideri PKK-nın ləğv qərarının uzadılmasının gözlənilməz nəticələrə və təxribatlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalan 27 fevralda təşkilatın silahları yerə qoyaraq qurultay keçirib özünü buraxması barədə çağırış edib. Bundan sonra PKK 1 martdan etibarən qüvvəyə minəcək atəşkəs elan etdiyini açıqlayıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO