Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırdı

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırdı

Hazırda oxunan: Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırdı
239534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.

ABŞ prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb.

Agentlik “Azadlıq radiosu” media korporasiyasına və Amerikanın Səsi radiostansiyasına nəzarət edir.

Agentliyin məktubunda “Azadlıq radiosu”nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.

Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və Amerikanın Səsi radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.

Xatırladaq ki, 1970-ci illərin əvvəllərinə qədər “Azadlıq radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib.

Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.

Bir sıra ekspertlər qeyd edirlər ki, “Azadlıq” radiosu “demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğuldur.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO