Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanıldı

Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanıldı

Hazırda oxunan: Türkiyədə daha bir terror təşkilatının 32 üzvü saxlanıldı
238746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə DHKP/C (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi) terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bu istiqamətdə aparılan istintaq çərçivəsində 2014-2016-cı illər arasında İKOM (ehtiyac komitəsi) adı altında təşkilata maddi dəstək vermələri şübhəsi ilə 32 nəfər saxlanılıb. Nəzarətə götürülənlər arasında o dövrdə İstanbulun Ataşehir, Maltepe, Sarıyer və Şişli rayonlarının bələdiyyələrində işləmiş şəxslər də var.

Sözügedən bələdiyyələrdə aparılan araşdırmalarda tenderlərdə korrupsiya hallarının olduğu və terrorçulara maddi vəsaitin bu yolla ötürüldüyü aşkarlanıb.

Şübhəlilərin saxlanılması istiqamətində Türkiyənin İstanbul, Samsun, Bursa və İzmir şəhərlərində əməliyyatlar keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO