
- A-
- A
- A+
Dünya
16:27 / 06.03.2025
1 dəq oxunma
Putin oruc TUTUR?
Hazırda oxunan: Putin oruc TUTUR?
238006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin oruc tutub-tutmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, Kremlin sözçüsü oruc tutmağın hər bir insan üçün “müqəddəs” olduğunu bildirib.
“Bu ictimai müzakirə edilməməlidir. Biz bu suala cavab verib-verməyəcəyimizi düşündük. Amma oruc tutmaq, hamı üçün o qədər müqəddəsdir ki, yəqin ki, onu ictimai müzakirəyə çıxarmağa dəyməz”.
Qeyd edək ki, martın 3-də provaslav xristianlar üçün 40 günlük “böyük orucluq” müddəti başlayıb.
Məlumat üçün qeyd edək ki, provaslav xristianlar Pasxa bayramından öncəki orucluq müddətində qida qəbulunu məhdudlaşdırır və heyvan mənşəli qidaları rasionlarından çıxarırlar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































