Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib - HESABAT

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib - HESABAT

Hazırda oxunan: Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib - HESABAT
226422
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i deməkdir.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu rəqəmlər Ukrayna Maliyyə Nazirliyinin açıq məlumatlarına əsasən hesablanıb.

Bildirilir ki, eyni müddət ərzində Ukrayna büdcəsinin xərcləri 274.6 milyard dollar təşkil edib.

Qeyd olunur ki, Qərb Ukraynaya vəd edilən yardımdan (416 milyard dollar) 43% az vəsait təqdim edib. Eyni zamanda, Qərb hərbi təchizat sahəsində də vəd etdiyi yardımın 75%-ni köçürüb.

Ukraynanın ən böyük donoru ABŞ-dır. Vaşinqton Kiyevə 95 milyard dollardan çox pul verib. Bu vəsaitin böyük hissəsi - üçdə ikisi hərbi yardım şəklində verilib.

Aİ isə Ukraynaya 94.2 milyard dollar maliyyə və hərbi yardım köçürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO