Planetin ən varlı adamı İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına azı 260 milyon dollar xərcləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN Federal Seçki Komissiyasının sənədlərində əks olunub.
“İlon Mask Donald Trampı Ağ Evə qaytarmaq üçün kampaniyaya ən azı 260 milyon dollar sərmayə qoyub”, - deyə materialda deyilir.
Onun prezidentlik kampaniyasının ən böyük siyasi sponsorlarından birinə çevrildiyi qeyd edilir. Telekanalın məlumatına görə, bu, Maskın ABŞ seçkilərinin nəticələrinə çox böyük təsirini vurğulayır.
Qeyd edək ki, Mask öz rekordunu yeniləyərək yenidən planetin ən varlı adamı olub.
Bizim.Media