Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO

Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO

Hazırda oxunan: Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO
223555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya Kansleri Olaf Şoltsun Kiyevə səfəri təkcə siyasi əhəmiyyətinə görə deyil, həm də alman hökumət başçısının Ukrayna paytaxtına gətirdiyi "Rimowa" markalı gümüşü çamadana görə diqqət çəkib.

Bizim.Media NTV telekanalına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri və jurnalistlər bu çamadanın içindəkiləri təxmin etməyə başlayıblar, nəticədə çoxlu zarafatlar, fərziyyələr ortaya çıxıb.

Sirli çamadan ətrafında intriqalar Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransına qədər davam edib. Jurnalistlərdən biri kanslerə birbaşa onun baqajının məzmunu barədə sual verib.

"Nə qədər ətraflı bilmək istəyirsiniz?" - deyə Şolts təbəssümlə soruşub. Sonra bildirib ki, çamadanda əsasən səfər zamanı lazım olan səyahət ləvazimatları, alt paltarları və digər əşyalar olub.

Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO - foto 1
Şoltsun Kiyevə gətirdiyi çamadanın içində nə olub? - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO