Meşədə öldürülən blogerin əri cinayəti etiraf etdi - FOTOLAR

Hazırda oxunan: Meşədə öldürülən blogerin əri cinayəti etiraf etdi - FOTOLAR

20384

Rusiyada polis bölməsinə aparılan bloger Kristina Juravlevanın əri cinayəti etiraf edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “woman.ru” saytı yayıb.

Mənbə yazır ki, “İnstagram”dakı yayılan fotoların çox zaman reallıqla heç bir bağlılığı olmadığı dəfələrlə sübut olunub.

Təəssüf ki, Kristina Juravleva məsələsində də bu kədərli statistika təsdiqlənib. Blogerin hesabında dəbli şəkillər, gülümsəyən selfi və əri Dmitri ilə şirin fotoşəkillər yer alıb. 28 yaşlı qızın abunəçiləri onun ahəngdar və zahirən xoşbəxt həyatı ilə seviniblər. Bununla birlikdə, filtrlər və bəyənmələr altında ciddi ailə problemləri gizlədilib və bu da faciəvi bir sonluğa gətirib çıxarıb. 

Polislər Kristina və Dmitrinin evinə gəldikdə açıq şəkildə heç bir qeyri-adi şey görməyiblər: ər-arvadın yaşadığı ərazidə zibil yığılıb, kiçik evin divarına təkərsiz qırıq velosiped qoyulub, şkafda üst paltarlar dağınıq şəkildə olub. 

Bu, qızın abunəçilərini heyran edən üslub deyil. Kristinanın sevərək "Juravuşka yuvası" adlandırdığı sahənin vəziyyəti sosial şəbəkələrdə yayımlanan kimi deyildi. Bağlı qapıların arxasında blogerin indi tək qalan kiçik itləri hürür. Onun ərini polis evdən qandallı şəkildə çıxarıb.

Dmitri Sverdlovsk vilayətinin Aramil yaxınlığındakı bir meşədə cəsədi tapılan Kristinanın qətlində əsas şübhəli sayılır.

Abunəçilər tamamilə şoka düşüblər: bu “şirin oğlan” fotoşəkillərdə yumşaqlıqla qucaqladığı qıza zərər verə bilərmi? 

Cütün qonşuları, əksinə təəccüblənməyiblər: uzun müddətdir ki, həyətdə “İnstagram”dan fərqli davranan Dmitri haqda danışıblar. O, insanların yanından keçəndə salam vermirmiş.

Yayılan məlumata görə, oğlan polis bölməsinə gələndə vəziyyəti anlaşılmaz şəkildə olub. Biri Juravlevin kədərləndiyini deyib, ancaq onun psixotrop maddələrin təsiri altında olduğu üzə çıxıb.

Dmitri cinayəti etiraf edib və bunu təsdiqləyən sənədləri imzalayıb. Bununla birlikdə, müstəntiqlər araşdırmalarını davam etdirirlər, çünki Kristinanın ərinin vəziyyəti və davranışı onlarda inam yaratmayıb.

Ancaq məntiq belədir ki, arvadını onun özü öldürüb. Buna görə də, polis bu dəhşətli günə gətirib çıxara biləcək digər məqamları axtararaq faciəni anlamağa çalışırlar. Ancaq mənbənin dediyi kimi bütün iplər Dmitriyə aparır. Bu versiya əsas hesab olunur. Kristina və Dmitri təxminən beş ildir evli olub.

Yaxın qohumlardan Kristinanın yalnız yaşlı bir anası var. Ona qızının aprelin 7-də öldüyü haqqında bir sənəd verilib, ancaq ölüm səbəbi yazılmayıb.

Bloger Nijneserqinski rayonunun Klyuçevaya kəndində dəfn edilib, çünki anası orada yaşayır.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO