Obamalar ailəsi yenidən Ağ Evin sahibi olacaq?

Obamalar ailəsi yenidən Ağ Evin sahibi olacaq?

Hazırda oxunan: Obamalar ailəsi yenidən Ağ Evin sahibi olacaq?

191085

ABŞ-da olacaq noyabr seçkiləri yaxınlaşdıqca, mətbuatda namizəd olaraq kimlərin ortaya çıxa biləcəyilə bağlı müxtəlif proqnozlar səslənir. İndi də bəzi proqnozlara görə, demokratların prezidentliyə namizədi hazırkı Prezident Co Bayden deyil, sabiq Prezident Barak Obamanın xanımı Mişel Obama olacaq. 

Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, ABŞ demokratları arasında qarşıdan gələn prezident seçkilərində sabiq birinci xanım Mişel Obamaya namizədliyini qəbul edə biləcək ABŞ prezidenti Co Baydenin “geniş jesti” ilə bağlı şayiələr yayılır. 

ABŞ-da qarşıdan gələn seçkilərdə belə dönüşün mümkünlüyü o qədər ciddi müzakirə olunur ki, Demokratlar Partiyası əhalinin sosioloji sorğularına müvafiq sualı daxil edib. Bukmeker kontorları da Mişel Obamanı noyabrda keçiriləcək prezident seçkilərində ən perspektivli potensial namizədlərdən biri kimi görməkdə davam edir.
Mişel Obama özü siyasətə qarışmaq istəmədiyini bildirir, çünki siyasəti “çirkli iş” hesab edir. "Der Spiegel" jurnalı sabiq birinci ledinin populyarlığını qismən bununla əlaqələndirir. Obamaya marağın artması həm də onunla izah olunur ki, “ABŞ tarixində heç vaxt bu qədər populyar olmayan iki namizəd qarşı-qarşıya gəlməyib”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. 

Olmaya hazırkı Prezident Bayden növbəti dəfə namizəd olmadan belə yola salınır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Mişel Obamanın namizədlik varinatı real deyil:

“Bunun baş verməsi fonunda elə indidən açıq şəkildə söyləmək olar ki, demokratlar Trampa uduzacaq. Çünki Mişel Obamanın elə bir statusu yoxdur. İkincisi, Barak Obama Prezident olduğu dövrdə Mişel Obama ən çox narazılıq yaradan fiqur olub. Başqa bir tərəfdən, Mişel Obamanın cəmiyyətdə elə də ciddi nüfuzu yoxdur. Co Bayden yola salınmayacaq. O, bütün hallarda növbəsi seçkilərdən də demokratların namizədi olacaq”. 

Ekspertin fikrincə, Hillari Klinton namizəd olsa, onun Trampa qalib gəlmə ehtimalı daha yüksəkdir, nəinki Mişel Obamanın: 

“Onun barəsində ortaya atılan fikirlər siyasi söz oyunudur. Bu kimi fikirləri ortaya atanlar bir növ cəmiyyətin nəbzini, reaksiyasını yoxlamağa çalışırlar. Mişel Obama heç kimdir. Demokratlar Partiyasında belə heç onu tanıyan yoxdur”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO