İkiqat Avropa çempionu müharibədə həlak oldu - FOTO

İkiqat Avropa çempionu müharibədə həlak oldu - FOTO

Hazırda oxunan: İkiqat Avropa çempionu müharibədə həlak oldu - FOTO

190994

Ağır atletika üzrə ikiqat Avropa çempionu, ukraynalı Aleksandr Peleşenko ölkəsində Rusiya ordusuna qarşı gedən müharibədə həlak olub.

Bizim.Media xəbər verir ki, bu haqda Ukrayna millisinin baş məşqçisi Viktor Slobodyanyuk məlumat verib.

O, 30 yaşında Vətəni uğrunda gedən döyüşlərdə dünyasını dəyişib.

Peleşenko 2022-ci ilin fevralında başlayan müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.

Aleksandr Peleşenko 2016 və 2017-ci illərdə 85 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında dördüncü yeri tutub.

2018-ci ilin aprelində Peleşenko dopinqdən istifadə etdiyinə görə 2026-cı ilə qədər yarışlardan kənarlaşdırılmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO