Bu gün Günəş tam TUTULACAQ - Meksikada seyr edəcəklər

Hazırda oxunan: Bu gün Günəş tam TUTULACAQ - Meksikada seyr edəcəklər

186183

Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini - tam Günəş tutulmasını müşahidə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə "İz.ru" saytı yazıb.

Tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər.

“Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə olacaq”, - deyə məlumatda bildirilir.
Meksikadan başqa, fenomen Şimali Amerikada, Atlantik və Sakit okeanlardakı bəzi adalarda görünəcək. Bu tutulma “Amerika” tutulması adlanır və tutulmanın müxtəlif mərhələləri bütün ABŞ-da görünəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO