Macarıstanda ralli avtomobili tamaşaçılara çırpıldı - 4 ölü, 8 yaralı var

Macarıstanda ralli avtomobili tamaşaçılara çırpıldı - 4 ölü, 8 yaralı var

Hazırda oxunan: Macarıstanda ralli avtomobili tamaşaçılara çırpıldı - 4 ölü, 8 yaralı var

184062

Macarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb, nəticədə dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.

Macarıstan Milli Təcili Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə səkkiz təcili yardım maşını və dörd helikopter göndərilib. Biri uşaq olmaqla iki nəfər ağır xəsarətlər alıb, biri uşaq olmaqla altı nəfər isə daha yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO