ABŞ gizli şəkildə Şimali Koreyanı SİLAHLANDIRIR – DETALLAR 

Hazırda oxunan: ABŞ gizli şəkildə Şimali Koreyanı SİLAHLANDIRIR – DETALLAR 

179219

CNN-in araşdırmasına görə, Rusiyanın Ukraynaya atdığı Şimali Koreya istehsalı olan raketlərin komponentlərinin 75 faizi ABŞ istehsalı olduğu üzə çıxıb. 

Tədqiqatçılar 2024-cü ilin yanvarında Xarkovda tapılan Şimali Koreyaya məxsus ballistik raketin qalıqlarından 290 komponenti tədqiq ediblər. Məlum olub ki, elementlərin 75 faizi Amerika qeydiyyatı olan şirkətlər tərəfindən hazırlanıb satılıb.

Tədqiqatçılar raketdə tapılan komponentlərin daha 16 faizinin Avropada, 9 faizinin isə Asiyada qeydiyyatdan keçmiş şirkətlərlə əlaqəli olduğunu müəyyən ediblər. Beləliklə, Şimali Koreyanın raketləri ABŞ, Çin, Almaniya, Yaponiya, Hollandiya, Sinqapur, İsveçrə və Tayvanda istehsal olunan komponentlərlə yığdığı aydın olub.

Analitiklər tərəfindən araşdırılan komponentlərin 2021-2023-cü illər arasında istehsal edildiyi qeyd olunur.

Bu vəziyyət Qərbin ikiüzlülüyünü açıq şəkildə nümayiş etdirir. 

Göründüyü kimi, üzdə Şimali Koreyaya qarşı sanksiyalardan danışan ölkələr əl altından bu ölkənin silahlanmasına şərait yaradırlar. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyir ki, Rusiyanın Ukraynaya atdığı Şimali Koreya istehsallı raket komponentlərinin 75 faizinin ABŞ istehsalı olması nə qədər təəccüblü olsa da, əslində gözlənilən idi:

“Çünki Amerika bütün hallarda ancaq maddi maraq güdür. Bu ölkə bütün müharibələrdə ancaq özünün iqtisadi maraqlarını önə çəkib. Digər dövlətlərin maraqları, müharibədən əziyyət çəkməsi isə onu qətiyyən maraqlandırmır. Ona görə də ABŞ gəlir götürmək üçün başqa dövlətləri güdaza verməklə hər şeyə getməyə hazırdır”. 

Həmsöhbətimizə görə, burada əsas amil Şimali Koreya raketləri komponentlərinin 75 faizinin ABŞ istehsalı olmasından daha çox, Vaşinqtonun heç kəsin gözləmədiyi halda onu Pxenyanın əlilə satmasıdır: 

“Görünən odur ki, bu və ya digər formada Şimali Koreya ABŞ-ın pərdəarxası partnyorudur. Əsas məqsəd də Rusiyanı iqtisadi cəhətdən çökdürməkdir. Yəqin ki, Moskvada da bunları bilirlər. Vaşinqtonun maraqlarını təmin etdiyinə görə də ABŞ bu məsələyə göz yumur. 

Vaşinqton belə məsələlərdə heç zaman səmimi olmayıb. Öz maraqlarının təmin olunması naminə istənilən addımı atmağa hazırdırlar. Görünən odur ki, Ukraynanın parçalanması və Rusiyanın qələbəsini təmin etmək istəyirlər. Baydenin oğlunun burada torpaqları var. Yəqin ki, Rusiya da ona qarantiya verdiyindən Vaşinqton belə bir istiqamət götürüb. ABŞ Ukraynanın mövqeyini zəiflətmək üçün Şimali Koreya kimi dövlətin əlilə razılaşma əldə edir. Təəssüf ki, bu acı həqiqətdir”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO