Estoniya, Litva və Latviya ATƏT-in xarici işlər nazirlərinin Skopye görüşündə iştirakdan imtina ediblər.
Bizim.Media xəbər verir ki, bu səbəb Rusiya XİN başçısı Sergey Lavrovun da iclasa qatılacağı ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Blinken ATƏT XİN başçılarının iclasında İŞTİRAK EDƏCƏK
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Lavrovun iştirakı ilə əlaqədar ATƏT Nazirlər Şurasında iştirakdan imtina etməsi təşkilatın taleyinə heç bir təsir göstərməyəcək.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Skopyeyə “döyüş ruhu” ilə gedir və təşkilatın öz mənşəyinə və məqsədlərinə qayıtmalı olduğuna inanır.
Qeyd edək ki, sözügedən iclas noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
Bizim.Media