HƏMAS-ın 10 hədəfi MƏHV EDİLDİ

HƏMAS-ın 10 hədəfi MƏHV EDİLDİ

Hazırda oxunan: HƏMAS-ın 10 hədəfi MƏHV EDİLDİ

158843

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub.

Bizim.Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə zərbələr endirilib. Hədəflər Qəzza zolağında HƏMAS terror təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalar olub. Onların arasında terror təşkilatı HƏMAS-a məxsus kəşfiyyat qərargahı var.
Eyni zamanda HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. Paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına məxsus iki banka zərbə endirilib”, - deyə məlumatda bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO