Liviyada qasırğada ölənlərin sayı 2 800-ə çatdı

Liviyada qasırğada ölənlərin sayı 2 800-ə çatdı

Hazırda oxunan: Liviyada qasırğada ölənlərin sayı 2 800-ə çatdı
154741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 2 800-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu”ya Liviyanın Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Qızıl Aypara Cəmiyyətinin bütün şöbələrindən toplanan ümumi statistika 2 800 ölümdür”, - Cəmiyyətin adı çəkilməyən nümayəndəsi açıqlayıb.

Agentliyin əldə etdiyi məlumata görə, hazırda təbii fəlakət bölgəsindən 7 000-ə yaxın ailənin xilas edilməsi üçün əməliyyat aparılır.

Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.

Fəlakətlə əlaqədar Türkiyə Liviyaya yardım göndərdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO