Pakistandakı terror aktında ölənlərin sayı 44-ə çatdı - YENİLƏNİB - VİDEO

Pakistandakı terror aktında ölənlərin sayı 44-ə çatdı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Pakistandakı terror aktında ölənlərin sayı 44-ə çatdı - YENİLƏNİB - VİDEO

148670

Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Dawn” qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb:

“Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.


*** 20:21

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində "İslam Alimləri Assambleyası" partiyasının mitinqində terrorçu-intiharçı özünü partladıb.

Bizim.Media xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub, 200-dən artıq insan yaralanıb.

Partlayış yerli vaxtla təxminən 16:00-da (Bakı vaxtı ilə 15:00) partiya liderlərindən birinin təxminən 400 tərəfdarlarının qarşısında çıxışı zamanı baş verib.

Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO