Türkiyənin cənubunda anomal istilər: İnsanlar küçəyə çıxmır

Türkiyənin cənubunda anomal istilər: İnsanlar küçəyə çıxmır

Hazırda oxunan: Türkiyənin cənubunda anomal istilər: İnsanlar küçəyə çıxmır

146977

Yüksək temperatur Türkiyənin cənub və cənub-şərqində yerləşən Adana və Diyarbəkir əyalətlərində qeydə alınıb. Ötən gün termometrlər müvafiq olaraq 52 və 48 dərəcəni göstərib, təkcə insanlar deyil, heyvanlar da dözülməz istidən əziyyət çəkir, küçə və meydanlar boşdur. 

Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Türkiyədə anomal istilər səbəbindən elektrik enerjisi istehlakı ilə bağlı rekordlar yenilənir, hər gün çoxsaylı meşə yanğınları baş verir.

"Dünən Diyarbəkir tarixinin ən isti günlərindən birini yaşadı. Havanın temperaturu 48 dərəcəyə çatan şəhərdə bütün gün küçə və meydanlar boş qaldı. Termometrlərin 52 dərəcə göstərdiyi Adanada istidən təkcə insanlar deyil, həm də heyvanlar əziyyət çəkirlər”, - deyə qəzet vurğulayır.
Yeri gəlmişkən, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO