Çexiya ötən il ukraynalı qaçqınlara 590 milyon avro yardım edib

Çexiya ötən il ukraynalı qaçqınlara 590 milyon avro yardım edib

Hazırda oxunan: Çexiya ötən il ukraynalı qaçqınlara 590 milyon avro yardım edib

144141

Ötən il Çexiya ukraynalı qaçqınlara 14 milyard kron (təxminən 590 milyon avro) ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Yan Lipavski bildirib.

Vəsait ukraynalı qaçqınların respublikada qalmasını təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, Ukraynadakı hərbi münaqişə qurbanları ilə bağlı əlavə 27 humanitar layihənin həyata keçirilməsi üçün Çexiya Xarici İşlər Nazirliyinin xətti ilə 193 milyon kron (təxminən 8,2 milyon avro) ayrılıb. 
Onlardan 6-sı Moldovada ukraynalı qaçqınları dəstəkləmək üçün, qalanları isə Ukraynanın hərbi əməliyyatlara məruz qalmayan ərazilərində münaqişə səbəbindən məskunlaşan qaçanlara göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO