“İsveç Türkiyənin tələblərini yerinə yetirib” - Stoltenberq 

“İsveç Türkiyənin tələblərini yerinə yetirib” - Stoltenberq 

Hazırda oxunan: “İsveç Türkiyənin tələblərini yerinə yetirib” - Stoltenberq 
139650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. Konkret addımlar atıldı, qanunlar dəyişdirildi. Etiraf edirəm ki, İsveçdəki nümayişlər çətinliklər yaratdı”, - deyə o vurğulayıb.
Stoltenberq, həmçinin qeyd edib ki, Prezident Ərdoğanla bugünkü görüşdə İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılıq əldə olunub. Türkiyənin NATO-nun Vilnüs sammitinə qədər İsveçin ərizəsini ratifikasiya etməyə hələ vaxtı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO