Rus ordusunun Kiyevə atdığı bütün raketlər MƏHV EDİLDİ

Rus ordusunun Kiyevə atdığı bütün raketlər MƏHV EDİLDİ

Hazırda oxunan: Rus ordusunun Kiyevə atdığı bütün raketlər MƏHV EDİLDİ
133652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya silahlı qüvvələri aprelin 29-dan mayın 1-ə keçən gecə paytaxt Kiyevə raket və kamikadze dronları ilə hücum edib.

Bizim.Media xəbər verir ki, səhər saatlarına qədər Kiyevdə hava hücumundan müdafiə sistemindən atəş səsləri eşidilib.

Kiyev şəhər Hərbi Administrasıyası isə “Telegram” səhifəsində məlumat yayıb ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri paytaxtın hava məkanında düşmənin bütün hədəflərini məhv edib.

"Bu gecə düşmən Ukraynaya növbəti irimiqyaslı hava hücumu həyata keçirib. Bu, son 3 gündə ardıcıl ikinci dəfədir baş verir. İlkin məlumata görə, raketlər strateji təyyarələrdən atılıb”,- deyə məlumatda bildirilir.

Məlumata görə, rus qoşunları kompleks şəkildə - qanadlı raketlər və pilotsuz təyyarələrlə eyni vaxtda zərbə endirib. 
İlkin məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Kiyevin hava məkanında düşmənin bütün raketləri və PUA-ları məhv edilib.

Əməliyyat məlumatlarına görə, hazırda mülki əhali arasında tələfat, yaşayış obyektlərinin və ya infrastrukturun dağılması faktı qeydə alınmayıb.

Qeyd edək ki, Ukraynanın bütün bölgələrində aprelin 29-dan mayın 1-ə keçən gecə hava həyəcanı elan edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO