Türkiyədə ilk pilotsuz təyyarə nə vaxt istifadəyə veriləcək?

Türkiyədə ilk pilotsuz təyyarə nə vaxt istifadəyə veriləcək?

Hazırda oxunan: Türkiyədə ilk pilotsuz təyyarə nə vaxt istifadəyə veriləcək?

130109

Türkiyənin “Qızıl alma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək.

Bizim.Media Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanla danışığı zamanı məlumat verib.

O, indiyədək 2 “Qızıl alma”nın istehsal olunduğunu da xatırladıb.

S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək: “Bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək”.

Qeyd edək ki, “Qızıl alma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO